RU

Simsiz enerji ötürülməsində tarixi nailiyyət

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Müdafiə Nazirliyinə bağlı DARPA agentliyi simsiz enerji ötürülməsi sahəsində mühüm uğura imza atıb. Agentlik lazer əsaslı sistem vasitəsilə 8,6 kilometr uzaqlıqdakı bir qəbulediciyə 800 vattdan artıq enerji göndərməyə nail olub. Bu, bu günə qədər qeydə alınmış ən uzun məsafəli enerji ötürmə sınağı kimi tarixə düşüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, sınaq DARPA-nın “POWER” – yəni “Daimi Optik simsiz enerji” proqramı çərçivəsində Nyu-Meksiko ştatında həyata keçirilib. Layihənin əsas məqsədi çətin keçilən ərazilərdə enerjini təhlükəsiz və operativ şəkildə çatdırmaqdır. Beləliklə, generator və uzun kabellərə olan ehtiyacın aradan qaldırılması hədəflənir.

Sistem lazer şüası vasitəsilə enerjini atmosfer boyunca xüsusi optik qurğuya ötürür. Qəbuledici tərəfdəki güzgü və panellər isə bu şüanı yenidən elektrik enerjisinə çevirir. Maraqlıdır ki, testin sonunda ötürülən enerjinin bir hissəsi simvolik olaraq popkorn hazırlamaq üçün istifadə olunub.

Bu texnologiyanın yaxın gələcəkdə pilotsuz uçuş aparatlarına enerji ötürməkdə tətbiqi də nəzərdə tutulur. Hazırda sistemin səmərəlilik göstəricisi 20 faiz civarındadır, lakin DARPA bu sahədə daha irimiqyaslı təcrübələrə hazırlaşır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
metbuat.az

2Источники