RU

Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur

Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur.

Aznews.az xəbər verir ki, bununla bağlı Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, "ərazi müdafiəsi" dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.

Bildirilir ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Избранный
7
12
aznews.az

10Источники