BAKI, 18 iyun. TELEQRAF
İran dövlət televiziyası "WhatsApp"-ı İsrailə məlumat ötürməkdə ittiham edərək, vətəndaşları bu tətbiqi silməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə AP məlumat yayıb.
"WhatsApp"-dan isə ittihamların yalan olduğunu və bunun xidməti yenidən bloklamaq üçün bəhanə ola biləcəyini bildirib və insanlara yazışmalarının bütünlükdə şifrələmə ilə qorunduğunu xatırladıb.