RU

Xameneidən İsrailə qoşulmağı düşünən Trampa xəbərdarlıq

İranın sli dini lideri Əli Xamenei deyib ki, ABŞ-ın İsrail və İran arasındakı müharibəyə girməsi ABŞ-ın ziyanınadır.

"Onun üzləşdiyi zərər İranın üzləşə biləcəyi zərərdən daha çox olacaq. Birləşmiş Ştatların bu münaqişəyə hərbi formada qoşulması ona bərpa olunmaz zərər vuracaq", - Xamenei bildirib.

Əli Xamenei bu sözləri iyunun 18-də İran xalqına müraciətdə deyib.

O bildirib ki, İran onsuz da İsrailin ona qarşı başlatdığı hücumlara ABŞ-ın da cəlb olunduğundan şübhələnirdi.

Onun sözlərinə görə, Donald Trampın son dedikləri bu şübhələri daha da gücləndirdi.

Tramp hücumların başladığı ilk günlərdə bildirib ki, İsrailin planlarından xəbərdar olub, lakin ABŞ ordusunun bu əməliyyatda heç bir rolu olmayıb.

Birləşmiş Ştatlar Prezidenti iyunun 17-də İranın ali dini liderinin yerini bildiklərini, amma hələlik onu öldürməyəcəyini deyib.

Trump həmçinin Xameneini təslim olmağa çağırmışdı.

"ABŞ Prezidenti bizi təhdid edir. Öz absurd ritorikası ilə İran xalqının ona təslim olmasını tələb edir. İran xalqı belə təhdidlərdən qorxan deyil. Biz heç vaxt belə hücumlara təslim olmayacağıq", - Xamenei Trampa cavabında belə deyib.

O qeyd edib ki, İsrailin İrana hücumu rəsmi Tehran və Vaşinqton arasında danışıqların getdiyi vaxtda baş verdi.

İsrailin onun təbirincə, böyük səhvə yol verdiyini deyən Xamenei, Təl-Əvivin buna görə cəzalanmalı olduğunu bildirib.

O əlavə edib ki, İran xalqı istənilən məcburi sülhə qarşı qətiyyətli olacaq.

Videonu YouTube kanalımızdan izləyin.

Избранный
58
bbc.com

1Источники