RU

Azərbaycanəsilli iş adamına məxsus futbol klubu fəaliyyətini dayandırdı

Rusiyanın "Ximki" futbol klubu fəaliyyətini dayandırıb.

Valyuta.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

"Hörmətli azarkeşlər, dostlar, həmkarlar! "Ximki" futbol klubunun fəaliyyətinin dayandırılması ilə bağlı çətin qərar qəbul edilib. Bütün səylərimizə baxmayaraq, klub peşəkar rəqabətdən kənarda qaldı", - deyə klubun yaydığı bəyanatda qeyd olunur.

Qeyd edək ki, Rusiyanın eyni adlı şəhərini təmsil edən klubu azərbaycanəsilli rusiyalı iş adamı Tufan Sadıqova məxsusdur.

©Oxu.az

Избранный
9
1
valyuta.az

2Источники