RU

Sponsordan bölgə təmsilçisinə bəd xəbər – Klub fəaliyyətini dayandıra bilər

Region Liqasında mübarizə aparan “Göyəzən” ciddi problemlə üz-üzə qalıb. Belə ki, klubun 20 illik sponsoru olan “Turan Bank” komandaya dəstəyini dayandırıb.

Sponsorun gözlənilməz qərarı Qazax təmsilçisini çıxılmaz vəziyyətə salıb. Klubun idarə heyəti hazırda nə edəcəyini bilmir və vəziyyətdən çıxış yolu axtarır.

Məlumata görə, klub rəhbərliyi AFFA, Qazax Rayon İcra Hakimiyyəti və ya imkanlı şəxslərin “Göyəzən”ə sahib çıxacağına ümid edir. Əks halda, maddi imkanların olmaması səbəbindən klub fəaliyyətini dayandıra bilər.

Qısacası, bölgə klubunun gələcəyi sual altındadır və yaxın günlərdə məsələnin necə həll olunacağı bəlli deyil.

Fərid Nəsibov / İdmanxeber.az 

Избранный
16
1
idmanxeber.az

2Источники