RU

Putinin İranla bağlı təklifinə Trampdan sərt cavab

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin İran və İsrail arasındakı münaqişənin həllinə kömək təklifi ilə maraqlanmadığını bəyan edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə bildirib.

“Mən dünən onunla danışdım. Mənə İranla dialoqda vasitəçilik təklif etdi. Mən də ona dedim: “Mənə bir yaxşılıq et, sən öz işində vasitəçilik et. Vladimir, gəl əvvəlcə Rusiya ilə Ukrayna arasında vasitəçilik edək, bundan sonra İran ətrafındakı vəziyyətlə bağlı narahat ola bilərsiniz”, - Ağ Ev rəhbəri qeyd edib.

Избранный
7
2
publika.az

2Источники