RU

İran Trampın təslim ol çağırışına CAVAB VERDİ

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tehran ABŞ prezidenti Donald Trampın irəli sürdüyü qeyd-şərtsiz təslim olma tələbini qəbul etməyəcək.

News24.az xəbər verir ki, bu barədə İranın Fransadakı səfiri Məhəmməd Əmin Nejad “BFMTV” telekanalının efirində bəyan edib.

“Bu, İsrailin baş naziri Benyamin Netanyahunun da arzusudur... Lakin bu, əsla reallaşan məsələ deyil”, – deyə diplomat bildirib.

Səfirin sözlərinə görə, İran xalqı xarici t*cavüz qarşısında “birlik nümayiş etdirir”. O əlavə edib ki, Tehranın müdafiə qabiliyyəti hərbi obyektlərə edilən zərbələrlə zəifləməyəcək.

Xatırladaq ki, iyunun 17-də ABŞ prezidenti İran rəhbərliyindən qeyd-şərtsiz şəkildə təslim olmağı tələb edib./Musavat.com 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
4
news24.az

5Источники