Olaylar.az xəbər verir ki, bu barədə İranın Fransadakı səfiri Məhəmməd Əmin Nejad "BFMTV" telekanalının efirində bəyan edib.
"Bu, İsrailin baş naziri Benyamin Netanyahunun da arzusudur... Lakin bu, əsla reallaşan məsələ deyil", - deyə diplomat bildirib.
Səfirin sözlərinə görə, İran xalqı xarici təcavüz qarşısında "birlik nümayiş etdirir". O əlavə edib ki, Tehranın müdafiə qabiliyyəti hərbi obyektlərə edilən zərbələrlə zəifləməyəcək.
Xatırladaq ki, iyunun 17-də ABŞ prezidenti İran rəhbərliyindən qeyd-şərtsiz şəkildə təslim olmağı tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31