"Zənnimcə, münaqişənin danışıqlar yolu ilə həlli hazırkı vəziyyətdə hələ gec deyil. Səmimi niyyətlə yanaşılarsa, danışıqlar masasına oturmaq üçün real fürsət itirilməyib",- Vadeful deyib.
Almaniyanın baş diplomatının sözlərinə görə, İsrail İranın nüvə silahı yaratma təhlükəsinə qarşı çıxmaqda haqlıdır vəonun özünümüdafiə hüququ var:
"İsrailin belə bir təhlükəyə qarşı hərəkətə keçməsi başadüşüləndir, ancaq hər halda, hər iki tərəfdən mülki şəxslərin həyatlarını itirmələri təəssüf doğurur".
![]() |
Yaxın Şərq, yaxın keçmiş: İraq ssenarisi İranda təkrarlana bilərmi? |
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
Firudin Həmidli
AzVision.az