Bakı. Trend:
Barselonanın tarixi “Palau Dalmases” sarayında “Azərbaycanınrəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, sərgi “Konstitusiya və Suverenlik İli”çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti (ASB)və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində Barselonanın mədəniyyət qurumlarınınnümayəndələri, fotoqraflar, dizaynerlər, sənətçilər, musiqiçilər vəyerli sakinlər iştirak ediblər.
Sərginin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, dini vəetnik müxtəlifliyini sənət vasitəsilə beynəlxalq ictimaiyyətətanıtmaqdır.
Gənc və istedadlı fotoqraf Etibar Cəfərovun obyektivindən təqdimedilən Azərbaycan mənzərələri və insanları ölkənin multikulturaldəyərlərini əks etdirərək sərginin əsas mövzusuna işıq tutub. Sərgiçərçivəsində fotoqraf Etibar Cəfərov müəllifi olduğu “Land ofMulticulturalism” adlı kitabı Barselona Kitab Evinə hədiyyəedib.
Sərgidə siyasi elmlər doktoru, Alman JurnalistlərAssosiasiyasının (DVPJ) üzvü Dimitris Kazarnovskisin “Azərbaycandamultikulturalizm” mövzusunda məruzəsi dinlənilib.