AZ

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib (FOTO)

Bakı. Trend:

Diaspor İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə TbilisidəGürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərinmüəllimlərinin ikinci qurultayı keçirilib.

Trendxəbər verir ki, bu barədə Diaspor İşləri üzrə Dövlət Komitəsiməlumat yayıb.

Bildirilib ki, qurultayda 300-dən çox müəllim iştirak edib.

Tədbirdə birinci qurultaydan keçən dövrdə görülən işlər,qazanılan uğurlar və qarşıda duran vəzifələr müzakirə olunub."Maarif" təşkilatının hesabatı dinlənilib. Azərbaycan dilliməktəblərdə tədrisin vəziyyəti, ikidilli təhsil sisteminintəkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətindəgörülən işlər barədə ətraflı məlumat verilib.

Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin, AzərbaycanınGürcüstandakı Səfirliyinin, Gürcüstan parlamentinin Təhsil elm vəgənclərlə iş üzrə komitəsinin, Gürcüstanın Müəllimlər Evinin,Gürcüstan Beynəlxalq “Maarif” Məktəbləri Marneuli Məktəbininəməkdaşları çıxış ediblər.

Çıxışlarda bu cür tədbirlərin təhsilə, gənclərin inkişafınatəkan verdiyi bildirilib. Azərbaycan dövlətinin Gürcüstandanyaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyi qeyd olunub.Xalqlarımız arasındakı dostluq əlaqələrinin keçmişindən bəhsedilib, iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıqsəviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Komitənin layihələriçərçivəsində Gürcüstanda həyata keçirilən birgə tədbirlərinəhəmiyyəti vurğulanıb. Qurultayın işinə uğurlar arzulanıb.

Qurultay daha sonra panel iclasları ilə davam edib.

Birinci paneldə Gürcüstanda ikidilli təhsil sistemininsəmərəliliyi və mövcud tətbiq mexanizmləri barədə məlumat verilib.İkinci paneldə azərbaycandilli məktəblərdəinformasiya-kommunikasiya texnologiyalarının (İKT) tədrisəinteqrasiyası məsələsi diqqət mərkəzində olub. Üçüncü paneldə isəGürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcudproblemlər və onların həlli yolları diqqətə çatdırılıb.

Tədbir iştirakçıları bu cür tədbirlərin müəllimlərin bir arayagələrək təcrübə mübadiləsi aparmasına, Azərbaycan dillində təhsilindavamlı inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Qurultayda təhsildə və gənclərimizin təlim-tərbiyəsindəfərqlənən Tbilisi 73 nömrəli məktəbin direktoru Salman Pirməmmədova“Maarif” təşkilatı tərəfindən diplom və hədiyyə təqdim olunub.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilliməktəblərin müəllimlərinin ilk qurultayı 2023-cü ildəkeçirilib.

Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Seçilən
20
27
az.trend.az

10Mənbələr