RU

Putin və BƏƏ Prezidenti Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

BAKI, 18 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Söhbət zamanı Yaxın Şərqdə kəskin şəkildə gərginləşən vəziyyət fonunda fikir mübadiləsi aparılıb. Hər iki tərəf İran və İsrail arasında davam edən eskalasiyadan dərin narahatlığını ifadə edib.

Vladimir Putin Moskvanın tərəflər arasında dialoqun qurulmasına vasitəçilik etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Избранный
23
4
teleqraf.com

10Источники