RU

Braziliya millisinin üzvü futboldan ömürlük uzaqlaşdırıla bilər

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa idman oyunlarına pul qoyuluşu etdiyi üçün futboldan ömürlük uzaqlaşdırıla bilər.

Msport.az xəbər verir ki, futbolçunun məhkəməsi başa çatıb və növbəti 6 həftə ərzində rəsmi qərarın çıxarılacağı gözlənilir.

27 yaşlı braziliyalı 2022-ci ildən “Vest Hem”in formasını geyinir. O, son mövsümdə bütün yarışlarda meydana çıxdığı 36 matçda 5 qol müəllifi olub. Paketanın Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Избранный
5
3
msport.az

4Источники