Bakı, 18 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 38 bal, İKT üzrə minimum 6 bal, məntiq üzrə isə minimum 10 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsahibənin vaxtı və məkanı haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndəriləcək.
Müsahibədən uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.