RU

MİQ müsabiqəsinin ilk mərhələsi yekunlaşdı

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin 1-ci mərhələsi yekunlaşıb.

Valyuta.az xəbər verir ki, söhbət MİQ-ə sənəd verən namizədlərin elektron ərizəsindəki göstəricilərin yoxlanılmasından gedir.

Belə ki, bu gün müsabiqədə iştirakla əlaqədar müraciətlərə cavab verilib. Beləliklə də, sənəd verənlərdən kimin test imtahanlarına buraxılıb-buraxılmadığına aydınlıq gətirilib.

Yaxın günlərdə test imtahanının qrafiki ilə bağlı məlumatın da şəxsi səhifələrə göndəriləcəyi bildirilib.

Xatırladaq ki, müəllimlərin işə qəbulu müsabiqəsi 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun mətbuata bildirdiyinə görə, bu il rekord sayda - 70 minə yaxın namizəd sistemə müraciət edib.

Избранный
2
2
valyuta.az

3Источники