AZ

MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin 1-ci mərhələsi yekunlaşıb.

Modern.az xəbər verir ki, söhbət MİQ-ə sənəd verən namizədlərin elektron ərizəsindəki göstəricilərin yoxlanılmasından gedir.

Belə ki, bu gün müsabiqədə iştirakla əlaqədar müraciətlərə cavab verilib. Yaxın günlərdə test imtahanının qrafiki ilə bağlı məlumatın da şəxsi səhifələrə göndəriləcəyi bildirilib.

Xatırladaq ki, müəllimlərin işə qəbulu müsabiqəsi 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun mətbuata bildirdiyinə görə, bu il rekord sayda - 70 minə yaxın namizəd sistemə müraciət edib.

Seçilən
5
2
modern.az

3Mənbələr