RU

QDTİB 275 milyon avroluq 23 strateji layihəni təsdiqləyib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) bu ilin əvvəlindən 275 milyon avro məbləğində 23 strateji layihəni təsdiqləyib.

APA-Economics” xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) vitse-prezidenti Ziya Əliyev Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar sessiyasında bildirib.

O bildirib ki, ötən il region ölkələrində 2,8%-lik iqtisadi artım nümayiş olunub: “Doğrudur, bu göstərici 2021-2023-cü illərin orta göstəricisindən aşağıdır. Amma bu rəqəm Avropa zonasının orta göstəricisindən yuxarıdır. Biz 2025-2026-cı illərdə də bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyi planlaşdırırıq”.

Ziya Əliyev qeyd edib ki, bu ilin əvvəlindən başlayaraq QDTİB-in Direktorlar Heyəti artıq 23 strateji layihəni təsdiqləyib: “Bununla bağlı maliyyə vəsaiti 275 milyon avro məbləğindədir. Hazırda bankın ekspertlər heyəti hazırda 1,5 milyard avro məbləğində təxminən 50 layihəni nəzərdən keçirir. Ölkələrimizin iqtisadi inkişafları məhz bizim yardımlarımız nəticəsində həyata keçirilməsi bizim hədəfimizdir”.

Избранный
44
1
apa.az

2Источники