RU

"Zirə" və "Araz-Naxçıvan" klublarının potensial rəqiblərinin sayı azalıb

"Zirə" və "Araz-Naxçıvan" klublarının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

Həm "Zirə", həm də Naxçıvan təmsilçisi səpələnməmişlər sırasında yer alıb. Üçüncü qrupda qərarlaşan Bakı klubunun potensial rəqibləri "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Yunanıstan), "DAK 1904" (Slovakiya) komandalarından biri və ya "AEK Larnaka" (Yunanıstan) - "Partizan" (Serbiya) cütünün qalibi olacaq.

Doqquzuncu qrupda yer alan "Araz-Naxçıvan" isə "Başakşehir" (Türkiyə), "Omoniya" (Kipr) "Aris" (Yunanıstan) və "Beytar" (Qüds, İsrail) komandalarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

Избранный
26
4
report.az

4Источники