RU

Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru bu səbəbdən İŞDƏN QOYULUB – DETALLAR

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan öz vəzifəsindən azad edilib. Müvafiq sərəncamı ölkənin baş naziri Nikol Paşinyan imzalayıb.

Bizim.Media xəbər verir ki, rəsmi məlumatda qeyd olunur ki, MTX rəhbərinin səlahiyyətləri müvəqqəti olaraq qurumun direktor müavini Andranik Simonyana həvalə edilib.

Abazyanın vəzifədən çıxarılması Ermənistan daxilində və xaricində ciddi rezonans doğuran sensasion ifşalarla eyni vaxta təsadüf edir. Bildirilir ki, Ermənistan hakimiyyəti ABŞ xüsusi xidmət orqanlarına İrana yönələn tranzit avia daşımalarla bağlı məxfi məlumatlar ötürüb. Bundan əlavə, Ermənistanın cənub bölgəsində ABŞ və İsrailin maraqları naminə casusluq fəaliyyəti həyata keçirilib.
 

Bu əməliyyatlara Ermənistandakı Avropa İttifaqı missiyasının da cəlb olunduğu iddia olunur.


Yayılan məlumatlara görə, Armen Abazyan bu əməliyyatlarda iştirakdan imtina edib və nəticədə vəzifədən uzaqlaşdırılıb. Yeni təyinat – Andranik Simonyan – MTX sistemindən olmayan, “parşütlə endirilmiş” şəxs kimi təqdim edilir və bu da Ermənistanın hüquq-mühafizə sisteminin tam şəkildə Paşinyana yaxın, sistem xarici şəxslərin nəzarətinə keçdiyi anlamına gəlir.

Analitiklər bu hadisəni Paşinyanın regionda artan gərginlik fonunda proaktiv siyasi təmizləmələrinin tərkib hissəsi kimi qiymətləndirirlər. ABŞ və İsrailin İrana qarşı hərbi və kəşfiyyat fəaliyyəti ilə bağlı Ermənistanın birbaşa əlaqəsinin açıq şəkildə gündəmə gəlməsi ölkə daxilində siyasi narahatlığı daha da artırıb.

Bizim.Media

Избранный
23
1
bizim.media

2Источники