Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda manevr qaydasını pozan sürücünün görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 17-də, paytaxtın Vaqif prospektində qeydə alınıb. Belə ki, 99-LB-135 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolunu qısaltmaq üçün qaydaları pozmağı seçib. O, qoşa xəttin tələbini pozaraq geriyə dönüb.
Qeyd edək ki, bu əməli törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.