RU

Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktorunu işdən qovdu


Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tutduğu vəzifədən azad edib. Ermənistan mətbuatının yazdığına görə, qərarın mətni hökumətin saytında dərc edilib. Qərarın səbəbləri barədə məlumat verilmir.
A.Abazyan 2020-ci ilin noyabrından MTX direktoru vəzifəsində çalışıb. Bu vəzifənin icrası müvəqqəti olaraq direktor müavini Andranik Simonyana həvalə edilib.

Mətləb Salahov

Избранный
13
2
baki-xeber.com

3Источники