Bakı. Trend:
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ParlamentAssambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilir.
Trend xəbərverir ki, tədbirdə bir neçə ölkənin parlament sədrləri ilə yanaşı,xeyli sayda deputat və xarici qonaq iştirak edir.
Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova plenarsessiyada açılış nitqi ilə çıxış edəcək.
Tədbir çərçivəsində təşkilatın bir neçə komitəsinin iclaslarıkeçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərəbaxılacaq.
Plenar sessiyada isə “QDİƏT regionunda əlaqələringücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturununyaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələraparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik AzərbaycandanBolqarıstana təhvil veriləcək.
Xəbər yenilənəcək