RU

KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir

Çin ən azı üç ədəd "Boeing 747" tipli nəqliyyat təyyarəsini saxta marşrutla İrana göndərib.

Operativ Media xəbər verir ki, bu barədə iyunun 17-də Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Təyyarələrin, İranın İsraillə mümkün müharibəsində ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna biləcəyi ehtimal edilir. Bu fərziyyə, İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından dərhal sonra üç uçuşdan birincisinin bu ölkəyə yönəlməsi, digər iki təyyarənin isə daha sonra Yaxın Şərqə gəlməsi ilə əsaslandırılır.

Bildirilib ki, təyyarələr əvvəlcə Çinin şimalı üzərində uçub, sonra Qazaxıstan sərhədini keçərək Özbəkistan və Türkmənistan hava məkanından keçib, İrana yaxınlaşarkən isə radarlardan itib. Təyyarələrin guya Lüksemburqa getdiyi göstərilsə də, qəzet onların heç birinin Avropa hava məkanına daxil olmadığını iddia edir.

Избранный
23
operativmedia.az

1Источники