ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem təcili xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə CNN ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Trisia Maklaflinə istinadla məlumat yayıb.
" Noemi çərşənbə axşamı təcili yardım maşını il Vaşinqtondakı xəstəxanaya çatdırıb. Xəstəxanaya yerləşdirilməsinin səbəbi allergik reaksiya olub. Nazir ehtiyat tədbiri olaraq tibb müəssisəsinə aparılıb. Onun huşu yerindədir və vəziyyəti yaxşılaşır, – deyə Maklaflin bildirib.