"Qarabağ" ilk yay transferini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar nəticəsində sağ cinah müdafiəçisi Dani Bolt heyətə cəlb edilib.
25 yaşlı braziliyalı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub.
2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
O, ötən mövsüm ərzində meydana çıxdığı 36 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Tam adı Daniel Lima de Kastro olan yeni transferin 26 yaşı sabah tamamlanacaq.