RU

"Çəmbərək" kimi rəqibə qarşı qələbə təsadüfi olmur"

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının 1/4 final mərhələsində Loru mahalını təmsil edən "Loru" FK və "Çəmbərək" FK komandaları üz-üzə gəlib.

Gərgin və dinamik oyunla yadda qalan qarşılaşma "Loru" FK-nın 4:1 hesablı qələbəsi ilə nəticələnib. Bu qələbə ilə "Loru" komandası turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Oyun sonrası 90deqiqe.Az-a açıqlama verən "Loru" FK-nın qurucusu Vüqar Hacıyev qarşılaşmadan razı qaldığını bildirib:

“Bu mərhələdə "Çəmbərək" FK oturuşmuş və intizamlı komandaya qarşı oynamaq asan deyildi. Oyunun hər anı ciddi təzyiq altında keçdi, amma futbolçularım bu çətinliyi həm fiziki, həm də mental olaraq layiqincə qarşıladı. Bu qələbə bizim üçün sadəcə mərhələ keçmək deyil – bu, komanda ruhunun və oyunçuların özünəinamının göstəricisidir. Qarşıda bizi daha məsuliyyətli oyun – Böyük Qarakilsə FK ilə yarımfinal qarşılaşması gözləyir. Bu mərhələyə tam ciddi şəkildə hazırlaşacağıq.”

Qeyd edək ki, "Loru" FK turnirin yarımfinal mərhələsində "Böyük Qarakilsə" FK ilə qarşılaşacaq.

Избранный
36
90deqiqe.az

1Источники