Vaşinqton İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, Bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İslam Respublikası “raketlər və digər hərbi texnika hazırlayıb” və ilk növbədə ABŞ-ın İraqdakı bazalarına hücum etmək niyyətindədir. Bundan başqa, Tehran ərəb ölkələrindəki ABŞ-nin istənilən bazasına zərbələr endirməyə hazır olacaq. İranın Fars körfəzində ABŞ hərbi gəmilərini sıxışdırmaq üçün Hörmüz boğazını minalamağa çalışacağını istisna etməyiblər.