RU

“Təklifimi bəyəndilər, amma...” - Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? - AÇIQLAMA+ÖZƏL

“Şuşa Dövlət Musiqili Dram Teatrının Şuşaya köçürülməsi ilə bağlı hələ ki, heç bir rəsmi məlumatım yoxdur. Sadəcə eşitmişəm ki, Şuşada teatr üçün yeni bir bina tikiləcək və biz köçəcəyik. Amma hələ ki, binanın bünövrəsi qoyulmayıb”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov deyib. O daha sonra əlavə edib:
 
“Xankəndində Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı var. Ermənilər vaxtilə bu teatrda işləyiblər. Mən təklif etdim ki, bu teatr müvəqqəti bizə verilsin. Təklif bəyənilmişdi. Ola bilsin ki, bu teatrı hələlik bizə versinlər. O da hələ ki, təmir olunmalıdır” deyə direktor bildirib.
 
Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, xalq artisti Şükufə Musayeva da Şuşada fəaliyyət göstərəcəkləri günü səbirsizliklə gözləyir:
 
“Aparsalar günü bu gün gedərik. O qədər sevinirik ki, Şuşamız bizdədir. Orada tamaşa da nümayiş etdirmişik. Həqiqətən də mən də, teatrın digər aktyorları da Şuşaya gedib, orada yaşayıb-fəaliyyət göstərəcəyimiz günü səbirsizliklə gözləyirik. Nə vaxt məsləhət bilsələr o vaxt da gedəcəyik. Əsas odur ki, Şuşa əsirlikdən xilas olub. Bu bəs edir. Ömrümün sonuna qədər orada yaşayıb, sənətə xidmət göstərmək istəyirəm. Bu təkcə mənim yox, teatrımızın bütün aktyorlarının arzusudur” deyə sənətkar bildirib.
 
Qeyd edək ki, bir müddət əvvəl Yadigar Muradov Moderator.az vasitəsilə Şuşadakı evini könüllü olaraq teatra hədiyyə etdiyini də bildirmişdi:
 
“Allah etsin ki, Şuşaya köç başlayanda bizi tez göndərsinlər. İstəmirəm hamıdan gec gedim, tez getmək istəyirəm. Ömür də vəfasızdır, o gözləmir axı! Binamız hazır olmasa da bilək ki, qalmağa evimiz var. Mənim evim çox böyükdür. Evimin bir mərtəbəsində qalmağa evi olmayan uşaqlarımız qalar, o biri mərtəbəsini də iş otağı edərik. Böyük mansardımız var, orada məşqlərimizi edib, səyyar tamaşalarımızı nümayiş etdirə bilərik. Onsuz da bu dünyadan heç kim, heç nə aparmır, o ev də tabuta yerləşmir. Mən də öz evimi teatra hədiyyə edirəm. Ola bilər ki, bu gün-sabah olmadım, o evimi bağışlayıram teatra. Bu da məndən teatra töhfə olsun” deyə sənətkar bildirmişdi.
 
Избранный
19
moderator.az

1Источники