RU

Telefonlarımıza yüklənən bilmədiyimiz təhlükə - İzlənildiyinizə işarə ola bilər - Video

Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də "casus app" adı ilə tanınan tətbiqlərdir...

Bu proqramlar vasitəsilə telefona daxil olmaq, zənglərə qulaq asmaq, sosial şəbəkə hesablarına asanlıqla müdaxilə etmək mümkündür. Hətta bu tətbiqlərdə "endirimli paketlər" də təklif olunur.

Bəs bu təhlükənin qarşısını necə almaq olar?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirir ki, bu, təkcə internet üzərindən deyil, həm də "Bluetooth" və digər protokollar vasitəsilə mümkündür.

"Əgər telefonunuz yaddaşı dolu olmadığı halda normadan artıq isinirsə və ağır işləyirsə, bu, izlənildiyinizə işarə ola bilər. İctimai yerlərdə açıq internetə qoşulduqda belə, həmin şəxslər telefonunuza daxil ola bilərlər. Bundan qorunmaq üçün tanımadığınız faylları açmamalı, ictimai "Wi-Fi" şəbəkələrindən uzaq durmalısınız", - deyə E. Abbasov xəbərdarlıq edib.

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, heç kim başqasının şəxsi həyatına müdaxilə edə bilməz. Belə hallar Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə sirrinin pozulması kimi qiymətləndirilir və qanunla cəzalandırılır.

Ətraflı süjetdə:

Poliqon.info

Избранный
45
5
poliqon.info

10Источники