Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb. Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən Qadir Səfər oğlu Hüseynova məxsus "Restopub"da, Azərbaycan məhəlləsi, 59 ünvanında fəaliyyət göstərən Murad Eldəniz oğlu Həsənova məxsus "Uğurlu məkan" kafesində və Məhərrəm Sabir oğlu İsmayılova məxsus "Uğurlu məkan" çayxanasında gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qeydiyyatının olmadığı aşkarlanıb. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта