Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Belarus yığması ilə 2 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Birinci qarşılaşma iyunun 28-də Jodino şəhərində yerləşən “Torpedo” stadionunda Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

İyulun 1-də Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda ikinci oyunun start fiti çalınacaq.

Hər iki matçı Vera Opeykinanın başçılığı altında rusiyalı hakimlər briqadası idarə edəcək.