RU

Zelim Tçkayev: "Dünya çempionatında qazandığım medal mənim üçün çox dəyərlidir"

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanda qazandığı bürünc medalı dəyərləndirib.

“Təəssüratlarım əladır. Çox sevincliyəm və xoşbəxtəm. Bu medal mənim üçün çox dəyərlidir. Mənə görə bu qızıl medala bərabərdir. Çünki bu, dünya çempionatlarında qazandığım ilk medaldır. Məşqçilərlə birlikdə plan hazırladıq və bu uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bürünc medal uğrunda görüş yaxşı keçdi və qələbə qazandım. Yarımfinalda qələbə qazanmaq imkanım var idi. Amma belə alındı. Elə oldu ki, rəqibim məni üstələdi”.

“Növbəti il dünya çempionatı Bakıda keçiriləcək və qızıl medal qazanmaq üçün bütün imkanları dəyərləndirəcəyəm”.

Избранный
11
2
report.az

4Источники