UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan matçının məkanını təsdiqləyib.


Rekord.az qurumun saytına istinadən xəbər verir ki, oyun Parisdəki "Park de Prens" stadionunda keçiriləcək. 


Bu arena 48 minə yaxın tamaşaçı tutumuna malikdir. Çempionlar Liqasının son qalibi PSJ komandası ev oyunlarını məhz "Park de Prens"də keçirir. 


Fransa millisi rəqiblərini əsasən bu meydanda qəbul edir. 


Fransa - Azərbaycan oyunu oktyabrın 10-u, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.