RU

Hansı müəllimlərin maaşı artırılacaq?

70 mindən çox müəllim əməkhaqqısını diffensial qaydada artımla alacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov söyləyib.

Bəs hansı müəllimlərin maaşı artacaq?

Millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, əməkhaqqının artırılması müxtəlif formalarda həyata keçirilir, bunlardan biri də differensial qaydada artımdır:

“Yəni bu artım bütün müəllimlərə deyil, yalnız sertifikasiyadan keçmiş müəllimlərə aiddir. Əvvəllər olduğu kimi, bu dəfə də ümumi maaş artımı deyil, müəyyən bir sistem çərçivəsində həyata keçirilir. Bu, ilk dəfə deyil və artıq davamlı xarakter almış bir prosesdir. Məqsəd fərqlənən müəllimlərin əməyini qiymətləndirmək və onların maddi rifahına müsbət təsir göstərməkdir. Nəticədə bütün müəllimlər olmasa da, bir qrup müəllimin maaşında artım gözlənilir”.

Избранный
12
2
news24.az

3Источники