RU

İran XİN G7 liderlərinin birgə bəyanatını pislədi

İranın Xarici İşlər Nazirliyi (XİN) Kanada hökumətinin bazar ertəsi dərc etdiyi G7 liderlərinin birgə bəyanatını pisləyir.

"Report” xəbər verir ki, bunu İran XİN-in rəsmisi İsmayıl Bəqai "X” sosial şəbəkəsində bildirib.

"G7 liderlərinin bəyanatında İsrailin İrana qarşı açıq təcavüzü və bizim dinc nüvə infrastrukturumuza qarşı qanunsuz hücumları, həmçinin yaşayış məntəqələrinə qarşı qeyri-seçici zərbələr və vətəndaşlarımızın öldürülməsi açıq şəkildə gözardı edilir. G7-nin üzvü olan dövlətlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, BMT üzvünə qarşı bu açıq təcavüz aktına görə hüquqi və mənəvi məsuliyyət daşımalıdır", - o qeyd edib.

İ.Bəqai həmçinin yazıb ki, İsrail dinc nüvə obyektlərinə qarşı güc tətbiqi/güc tətbiqi təhdidinin qadağan olunmasına baxmayaraq, BMT Nizamnaməsinin 2-ci maddəsini 4-cü bəndini pozaraq İranın nüvə obyektlərinə hücum edib.

Избранный
2
11
demokrat.az

10Источники