AZ

İran XİN G7 liderlərinin birgə bəyanatını pisləyib

İranın Xarici İşlər Nazirliyi (XİN) Kanada hökumətinin bazar ertəsi dərc etdiyi G7 liderlərinin birgə bəyanatını pisləyir.

Bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkəsində bildirib.

“G7 liderlərinin bəyanatında İsrailin İrana qarşı açıq təcavüzü və bizim dinc nüvə infrastrukturumuza qarşı qanunsuz hücumları, həmçinin yaşayış məntəqələrinə qarşı qeyri-seçici zərbələr və vətəndaşlarımızın öldürülməsi açıq şəkildə gözardı edilir. G7-nin üzvü olan dövlətlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, BMT üzvünə qarşı bu açıq təcavüz aktına görə hüquqi və mənəvi məsuliyyət daşımalıdır”, – o qeyd edib.

İ.Bəqai həmçinin yazıb ki, İsrail dinc nüvə obyektlərinə qarşı güc tətbiqi/güc tətbiqi təhdidinin qadağan olunmasına baxmayaraq, BMT Nizamnaməsinin 2-ci maddəsini 4-cü bəndini pozaraq İranın nüvə obyektlərinə hücum edib.

O qeyd edib ki, hücumlar nəticəsində yüzlərlə günahsız insan öldürülüb, xəstəxanalar və tibb mərkəzləri də daxil olmaqla ictimai və dövlət obyektləri dağıdılıb.

Xatırladaq ki,”Yeddilik Qrupu” (G7) ölkələri liderlərinin Kanadanın Kanananskis əyalətində keçirilən sammitinin.birgə bəyanatında deyilir ki, “İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. Biz İran böhranının həlli Qəzzada atəşkəs də daxil olmaqla, Yaxın Şərqdə hərbi əməliyyatların daha geniş şəkildə deeskalasiyasına gətirib çıxarmağa çağırırıq”.

Seçilən
0
11
veteninfo.az

10Mənbələr