RU

Dünya çempionatında səkkiz dəst medal uğrunda mübarizə

ain.az bildirir, Idman.biz portalına istinadən.

Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatında səkkiz dəst medal uğrunda mübarizə gedəcək.

İdman.biz xəbər verir ki, iştirakçılar fərdi yarışda dörd dəst, qruplar arasında üç dəst, həmçinin komanda çempionatında mükafatlar üçün yarışacaqlar.

Hərçənd yeniyetmələrin dünya çempionatında fərdi çoxnövçülük yarışı olmayacaq. Gimnastlar yalnız fərdi yarışlarda çıxış edəcəklər və hər növdə hər ölkədən yalnız bir idmançı çıxış edə bilər.

Fərdi yarışda Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı və Azadə Atakişiyeva mübarizə aparacaqlar.

Qrup hərəkətləri komandasında Nəzrin Abdullayeva, Röya Əlikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlı yer alıblar.

Qeyd edək ki, iyunun 18-dən 22-dək keçiriləcək yeniyetmələrin dünya çempionatında 72 ölkədən 370 gimnast iştirak edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

5Источники