AZ

Gimnastlarımız dünya çempionatına yollanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisi Sofiyada (Bolqarıstan) keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak üçün bu ölkəyə yola düşüb.

İdman.biz xəbər verir ki, iyunun 18-də start götürəcək yarış ayın 22-də başa çatacaq.

Fərdi mübarizədə Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı və Azadə Atakişiyeva mübarizə aparacaqlar.

Qrup komandasında isə Nəzrin Abdullayeva, Röya Alikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlı güclərini sınayacaqlar.

Qeyd edək ki, yeniyetmələrin dünya çempionatında 72 ölkədən 370 gimnast iştirak edəcək.

İdman.biz

Seçilən
3
1
idman.biz

3Mənbələr