RU

Gəncədə kişi dostunu pul üstündə güllələdi - TƏFƏRRÜAT

İyun ayının 15-də Gəncədə baş verən qətlin bəzi detalları üzə çıxıb.

"Unikal"ın məlumatına görə, 42 yaşlı Vüsal Əhmədov tanışı 45 yaşlı Rövşən Hətəmov tərəfindən pul üstündə güllələnərək öldürülüb. Hər iki şəxsin yaxın dost olduğu bildirilir.

Məlumata görə, mərhumla hadisəni törədən şəxs birlikdə sürücü işləyiblər. Araşdırma zamamı məlum olub ki, hadisəni törədən Rövşən Hətəmovun mərhum Vüsal Əhmədova pul borucu olub. Onların arasında bir neçə dəfə pul üstə mübahisə olub. Belə ki,  hadisə baş verən gecə Rövşən Hətəmov mərhum Vüsal Əhmədovun Cavadxan qəsbəsində yaşadığı ünvana gəlib. Bu zaman onların arasında yenidən mübahisə düşüb. Mübahisə zamanı Rövşən Hətəmov özü ilə gətirdiyi ov tüfəngi ilə Vüsal Əhmədova iki dəfə atəş açıb. Hər iki şəxs TIR sürücü olub. Hadisədən bir neçə gün əvvəl Vüsal Əhmədova məxsus TIR markalı yük maşının mühərrikində nasazlıq yaranıb. Bundan sonra hadisənin törədən Rövşən Hətəmov mərhum Vüsal Əhmədova bildirib ki, onla daha birlikdə sürücü işləməyəcək.

Qətlə yetirilən Vüsal Əhmədov ailəli olub. Onun 2 qızı və bir oğlu var.

Qeyd edək ki, hadisə iyun ayının 15-də şəhərin Cavadxan qəsəbəsində baş verib. Belə ki,Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Vüsal Əhmədov odlu silahdan açılan güllə yarası ilə xəstəxanasına yerləşdirilib. Lakin  həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən 1983-cü il təvəllüdlü Vüsal Əhmədovu Göygöl rayon sakini 1980-ci il təvəllüdlü Rövşən Hətəmov aralarında baş verən mübahisə zamanı ov tüfəngi ilə atəş açaraq öldürüb. Polis əməkdaşları tərəfindən  hadisəni törədən  45 yaşlı Göygöl rayon sakini Rövşən Hətəmov saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Tural Əhmədov

Избранный
15
unikal.az

1Источники