UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan matçının məkanını təsdiqləyib.
"Football-plus.az" xəbər verir ki, oyun Parisdəki "Park de Prens" stadionunda keçiriləcək. Bu arena 48 minə yaxın tamaşaçı tutumuna malikdi. PSJ komandası ev oyunlarını məhz "Park de Prens"də keçirir.
Qeyd edək ki, Fransa - Azərbaycan oyunu oktyabrın 10-u, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта