Cənubi Atlantik okeanındakı Cənubi Sandviç adaları yaxınlığında aparılan 35 günlük dəniz ekspedisiyası zamanı alimlər əvvəllər məlum olmayan rəngarəng və zəngin bir ekosistem aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.
Bildirilir ki, "sualtı möcüzələr diyarı"nda tədqiqatçılar 700 metr dərinlikdə yerləşən hidrotermal mənbələr, dörd metr hündürlüyündə "isti su bacaları", qırmızı mərcan bağları, parazitli balıqlar, nadir dəniz ilbizləri və s. müşahidə ediblər.
Ən maraqlı anlardan biri isə elmə yalnız 2 il əvvəl məlum olmuş, lakin bu günə qədər çəkilə bilməyən nadir "Akarotaxis" balığının ilk dəfə görüntülənməsi olub.
Alimlər bu kəşfi "planetin ən təcrid olunmuş və bioloji baxımdan zəngin sualtı bölgələrindən birinə baxış" adlandırıb. (oxu.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта