RU

Kolumbiya Fələstinə səfir təyin edib

BAKI, TurkicWorld

İsraillə diplomatik əlaqələri kəsən Kolumbiya Fələstinə səfir təyin edib.

TurkicWorld xəbər verir ki, Kolumbiya hökuməti İsrailin Qəzzada apardığı hücumlara etiraz olaraq kəsdiyi diplomatik əlaqələrdən sonra Fələstinə rəsmi səfir təyin edib.

Xarici işlər naziri Laura Sarabia səfir vəzifəsinə Xorxe İvan Ospinanın təyin olunduğunu və onun diplomatik missiyasına başladığını açıqlayıb.

Paytaxt Boqotada təşkil edilən rəsmi mərasimdə çıxış edən Sarabia bildirib ki, Kolumbiya Qəzzada baş verən hadisələrə səssiz qala bilməz.

“Qəzzada yaşanan soyqırım qarşısında susmaq heç vaxt bir seçim ola bilməz. Fələstinin əzablarına biganə qala bilmərik. Oradakı insanlar yalnız bombalardan deyil, aclıqdan da həyatını itirir. Ospina Kolumbiyanın Fələstindəki səsi olacaq” - deyə o qeyd edib.

“Yaxın Şərqdə sülh yalnız iki dövlətli həll yolu ilə mümkündür. Biz Fələstin xalqı ilə həmrəy olacağıq və onların səsini beynəlxalq aləmdə eşitdirəcəyik”- deyə Ramallahdakı yeni səfir Ospina isə çıxışında Fələstin xalqının hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Kolumbiyanın sabiq prezidenti Xuan Manuel Santos səlahiyyət müddətinin son günlərində – 3 avqust 2018-ci ildə Fələstini dövlət kimi tanımışdı. Hazırkı prezident Qustavo Petro isə 20 oktyabr 2023-cü ildə Ramallahda səfirlik açacağını açıqlamış, 2024-cü il mayın 3-də isə Kolumbiya Qəzzadakı qırğınlara görə İsraillə diplomatik münasibətləri rəsmi şəkildə dayandırmışdı.

Избранный
15
turkic.world

1Источники