RU

Tramp G7 sammitini vaxtından əvvəl tərk edib

ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edib və Fransa Prezidenti Emmanuel Makronun bu qərarın Yaxın Şərqdə atəşkəslə bağlı olduğunu bildirməsini “yanlış və uydurma” adlandırıb.

“Makron sadəcə diqqət çəkməyə çalışır. Onun nə baş verdiyindən xəbəri yoxdur. Mənim Vaşinqtona qayıtmağım atəşkəslə bağlı deyil. Bu, daha ciddi məsələdir,” — Tramp Truth Social-da yazıb.

Ağ Evin mətbuat katibi Kərilayn Levitt daha əvvəl Trampın sammiti erkən tərk edəcəyini açıqlamışdı.

Qeyd edək ki, G7 sammiti İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda keçirilir və yüksək səviyyəli diplomatik fikir ayrılıqları ilə müşayiət olunur.

N.Təbrizli

Избранный
15
1
anews.az

2Источники