RU

İsrail daha bir İran generalını öldürüb

İsrail Müdafiə Qüvvələri İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin mərkəzi qərargahı "Xatəm əl-Ənbiya"nın rəisi, SEPAH generalı Əli Şadmanini gecə saatlarında İrana endirilən zərbələr zamanı öldürüb.

Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələri İran rejiminin yüksək rütbəli hərbi komandirini zərərsizləşdirib. Dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Tehranın mərkəzində yerləşən qərargahlara hava zərbələri endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ölkənin ən yüksək rütbəli hərbi komandirlərindən biri və İranın ali rəhbəri Əli Xamneyinin ən yaxın çevrəsinə daxil olan general Əli Şadmani öldürülüb.

Избранный
14
1
operativmedia.az

2Источники