RU

Hücumçunun meneceri transfer xəbərlərini “yalan” adlandırdı

“Roma”nın hücumçusu Artem Dovbikin agenti Aleksey Lyudovski futbolçunun başqa kluba mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Tam cəfəngiyatdır! Dovbik son mövsümdə “Roma”nın bombardiri olub, 17 qol vurub.

Yeni baş məşqçi Can Pyero Qasperini həqiqətən də yeni mövsümdə ona güvənir”.

Dovbik 2024-cü ilin yayından “Roma”da çıxış edir. 27 yaşlı hücumçunun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Избранный
18
sportinfo.az

1Источники