Bakı. Trend:
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-dəimzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibbİşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri TeymurMusayev, nazirliyin Aparatı və tabeliyindəki müəssisələrin rəhbərşəxsləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasirmüstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevinxatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələriqoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın,böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı ƏzizƏliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinədə tər çiçəklər düzülüb.
Səhiyyə Nazirliyin kollektivi, həmçinin Şəhidlər xiyabanınıziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət vəehtiramla yad edib.