AZ

Səhiyyə Nazirliyində Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

İyunun 17-də ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur.

Adalet.az xəbər verir ki, bu münasibətlə səhiyyə naziri Teymur Musayev, nazirliyin Aparatı və tabeliyindəki müəssisələrin rəhbər şəxsləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Eyni zamanda, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim və səhiyyə təşkilatçısı Əziz Əliyevin, həmçinin tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları da ziyarət olunaraq, üzərlərinə tər çiçəklər düzülüb.

Səhiyyə Nazirliyinin kollektivi həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Bu tədbirlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin və ölkəmizin sağlamlıq sisteminə böyük töhfələr vermiş alimlərin xatirəsinin əbədiləşdirilməsi, habelə şəhidlərimizin ruhunun anılması məqsədi daşıyır.


Seçilən
4
7
adalet.az

9Mənbələr