RU

Günəşlənməyin faydaları və zərərləri açıqlandı

Günəş işığı bədəndə D vitamini sintezini artıraraq sümük sağlamlığını gücləndirir və immun sistemini dəstəkləyir.

 

Pravda.az bildirir ki, günəş işığı eyni zamanda serotonin səviyyəsini yüksəldərək əhval-ruhiyyəni yaxşılaşdırır və yuxu keyfiyyətini artırır. Lakin uzun müddət və nəzarətsiz günəşə məruz qalmaq dəridə yanıq, erkən yaşlanma, ləkələr və dəri xərçəngi riskini artırır. Göz sağlamlığı da zərər görə bilər və günvurma ehtimalı yaranır.

 

Sağlam günəşlənmək üçün səhər və ya axşamüstü vaxtları seçilməli, günəş kremi istifadə edilməli və müntəzəm kölgədə dincəlmək vacibdir. Xüsusilə uşaqlar, yaşlılar, açıq dəri və həssas dərili şəxslər daha diqqətli olmalıdır.

 

Əminə Bayramova

Tarix: 17 İyun 2025, 09:18   
Избранный
19
3
pravda.az

4Источники