ABŞ Prezidenti Donald Tramp öz komandasına İran rəsmiləri ilə mümkün qədər tez görüş təşkil etməyi tapşırıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Tramp İran-İsrail münaqişəsini diplomatik yolla həll etmək üçün ciddi cəhdlə çalışır.
O, vitse-prezident Ceyms Devid Vensi və Yaxın Şərq elçisi Stiv Uitkoffu iranlılara bu həftə görüş təklif etməyə çağırıb.